Hadisə

Bakıda maşın maneəyə çırpılıb - VİDEO - FOTO

30 İyul 2014 09:34
0 Şərh     Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Xətai rayonunda idarəetməni itirən sürücü qəza törədib.

APA-nın məlumatlna görə, hadisə Babək prospektində qeydə alınıb.

"10 XS 105" dövlət nömrə nişanlı "Mercedes"in sürücüsü idarə etdiyi avtomobillə "Maşın bazarı"ndan üzü şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılaraq qarşı yola çıxıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Sürücü isə ifadəsinin alınması üçün yol polisi şöbəsinə dəvət olunub.

Qəzanın əsl səbəbi hadisə yerinə yaxın quraşdırılmış "Təhlükəsiz şəhər" kamerasının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.