Hadisə

3 maşın toqquşdu, 1 sürücü öldü, 3 yaralı - FOTO

18 İyul 2014 00:06
0 Şərh     Baxış: 2 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xudat-Nabran yolununun 1-ci km-də qeydə alınıb.

Xaçmaz rayonu, Xudat şəhər sakini 42 yaşlı Xudayev İbrahim Murad oğlunun idarə etdiyi "Mersedes" markalı avtomaşın Bakı şəhər sakini Şakir Əhmədzadənin idarə etdiyi "Nissan" markalı maşına, daha sonra isə Xaçmaz rayon sakini 1967-ci il təvəllüdlü Şirinbala Əmirkişiyevin idarə etdiyi "VAZ 2107"-ə çırpılıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü hadisə yerində ölüb. "Nissan"da olan 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar 1996-cı il təvəllüdlü Şamil Əhmədzadə, 1968-ci il təvəllüdlü Yasəmən Əhmədzadə və 1975-ci il təvəllüdlü Esmira Hacıyevadır. Onlar ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.