Hadisə

Ucarda vəhşi heyvanlar kənd sakinlərinə hücum edib

17 İyul 2014 19:23
0 Şərh     Baxış: 2 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda vəhşi heyvanlar kənd sakinlərinə hücum edib.
  

Milli.Az bildirir ki, APA-nın məlumatına görə, hadisə rayonun Qazyan kəndində baş verib.
  

Kənd sakini, 44 yaşlı Qasımov Muğdət Nüsrət oğlu həyətyanı sahədə təmizlik işləri görərkən çaqqal ona hücum edib və ayaq nahiyəsindən xəsarət yetirib. Ucar Rayon Mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, M.Qasımova quduzluğa qarşı vaksin vurulub və o, evə buraxılıb.
  

Qeyd edək ki, oxşar hadisə həmin kənddə 3 gün əvvəl baş verib. Caqqal kənd sakini, 42 yaşlı Qurbanov Xudayar Həsən oğluna hücum edərək xəsarət yetirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.