Hadisə

Sumqayıtda 14 yaşlı oğlan dənizdə boğuldu - YENİLƏNİB - VİDEO

17 İyul 2014 09:48
1 Şərh     Baxış: 1 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Sumqayıtda 14 yaşlı oğlan dənizdə boğulub


08:58

APA TV-nin məlumatına görə, Gülməmmədov Balaxan Namiq oğlu həmyaşıdları ilə birlikdə yaşadıqları yerin yaxınlığında, Xəzər dənizinin mühafizə olunmayan hissəsində çimməyə gedib. 14 yaşlı yeniyetmə boğulmağa başlayıb və dostları onu xilas edə bilməyiblər.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hava qaranlıq olduğundan yeniyetmənin cəsədini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdidir.

Milli.Az

---------
09:48

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.