Hadisə

Bakıda internet klubda 16 yaşlı oğlan amansızlıqla qətlə yetirildi - YENİLƏNİB

29 Noyabr 2010 19:06
Baxış: 529
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Günəşli qəsəbəsində törədilən qətl hadisəsinin təfərrüatları məlum olub. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə namus üstündə baş verib.
Belə ki, Novruz Novruzov 19 yaşlı bacısının Nurməmməd Hacıməmmədov tərəfindən zorla binanın arxasına dartıldığını görüb. Həmin yerə gələrək tanışı N.Hacıməmmədovla bunun səbəbini soruşub və aldığı cavabdan sonra aralarında mübahisə başlayıb. N.Novruzov qaçaraq evdən blıçaq götürüb və N.Hacıməmmədova 7 bıçaq zərbəsi vurub. Yaralı qan içində qaçaraq hadisə yerindən təxminən 200 metr kənarda dünyasını dəyişib.
Onu da qeyd edək ki, N.Novruzov Bakı Kompyuter Kollecinin 2-ci kurs tələbəsidir.


--------------
28 noyabr
16:10

Bakının Suraxanı rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə noyabrın 27-də axşam saatlarında Yeni Günəşli qəsəbəsində baş verib.
 
Qəsəbə sakini 16 yaşlı Novruz Novruzov mübahisə zəminində həmyaşıdı Hacı Məmmədov tərəfindən qətlə yetirilib.

İşin istintaqını aparan Suraxanı rayon Prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisə internet klubda baş verib. Yeniyetmələr arasında mübahisə düşüb. Mübahisə zamanı H.Məmmədov bıçaqla N.Novruzova 5 bıçaq zərəbəsi vurub. 

Hadisəni törədən H.Hacıyev qaçaraq törətdiyi əməl barədə atasına məlumat verib. Bundan sonra atası oğlunu aparıb polisə təslim edib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Mİlli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.