Bakıda internet klubda 16 yaşlı oğlan amansızlıqla qətlə yetirildi - YENİLƏNİB
29 Noyabr 2010 19:06
Yeni Günəşli qəsəbəsində törədilən qətl hadisəsinin təfərrüatları məlum
olub. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata
görə, hadisə namus üstündə baş verib.
Belə ki, Novruz Novruzov 19
yaşlı bacısının Nurməmməd Hacıməmmədov tərəfindən zorla binanın arxasına
dartıldığını görüb. Həmin yerə gələrək tanışı N.Hacıməmmədovla bunun
səbəbini soruşub və aldığı cavabdan sonra aralarında mübahisə başlayıb.
N.Novruzov qaçaraq evdən blıçaq götürüb və N.Hacıməmmədova 7 bıçaq
zərbəsi vurub. Yaralı qan içində qaçaraq hadisə yerindən təxminən 200
metr kənarda dünyasını dəyişib.
Onu da qeyd edək ki, N.Novruzov Bakı Kompyuter Kollecinin 2-ci kurs tələbəsidir.
--------------
28 noyabr
16:10
Bakının Suraxanı rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə noyabrın 27-də axşam saatlarında Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbə sakini 16 yaşlı Novruz Novruzov mübahisə zəminində həmyaşıdı Hacı Məmmədov tərəfindən qətlə yetirilib.
İşin istintaqını aparan Suraxanı rayon Prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, hadisə internet klubda baş verib. Yeniyetmələr arasında mübahisə düşüb. Mübahisə zamanı H.Məmmədov bıçaqla N.Novruzova 5 bıçaq zərəbəsi vurub.
Hadisəni törədən H.Hacıyev qaçaraq törətdiyi əməl barədə atasına məlumat verib. Bundan sonra atası oğlunu aparıb polisə təslim edib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Mİlli.Az