Yusif Xəlilovun 19 illik restoranı əlindən alınır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilovun "Fort" restoranının yerləşdiyi bina ilə bağlı mülkiyyət hüququ məsələsi yenidən məhkəməyə qaytarılıb.
Milli.Az Lent.az-a istinadən xəbər verir ki, Voronej Vilayət Məhkəməsi prokuror yoxlamasının nəticələrinə əsasən işi yenidən baxılması üçün Leninski Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin məlumat bazasında qeyd olunub ki, iş üzrə ilkin iclas avqustun 10-na təyin edilib.
Bildirilib ki, Yusif Xəlilovun Voronej şəhər administrasiyasına və vilayətin Əmlak və Torpaq Münasibətləri Nazirliyinə qarşı qaldırdığı iddia üzrə ilk qərar 2007-ci il fevralın 2-də qəbul edilib. Həmin qərarla 800 kvadratmetr sahəsi olan tikili üzərində sahibkarın mülkiyyət hüququ tanınıb.
Qərarın əsasını texniki-tikinti ekspertizasının rəyi təşkil edib. Lakin 2026-cı ilin yanvarında aparılan prokuror yoxlaması zamanı müəyyən edilib ki, obyektin yerləşdiyi torpaq sahəsinin icarəsi qüvvədə olduğu dövrdə tikinti və ya yenidənqurma üçün rəsmi icazə verilməyib.
Yoxlama zamanı həmçinin məhkəmə ekspertizasının tərəflərin təşəbbüsü ilə keçirilmədiyi də üzə çıxıb.
Prokurorluq hesab edib ki, bina və daha sonra torpaq sahəsi üzərində mülkiyyət hüququ Voronej şəhər administrasiyası və vilayət əmlak qurumlarının əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində əldə edilib.
Buna baxmayaraq, Leninski Rayon Məhkəməsi 2026-cı ilin mayında Cinayət Məcəlləsinin 159-cu maddəsi ("Dələduzluq") üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.
Lakin Voronej Vilayət Məhkəməsi həmin qərarları ləğv edərək işi yenidən araşdırılması üçün aşağı instansiyaya qaytarıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yusif Xəlilovun 19 illik restoranı əlindən alınır
-
“Azadlıq prospekti” metrosunda qatarların hərəkəti dayandı - Səbəb - (Video)
-
Yevlaxda 16 yaşlı qız qida zəhərlənməsindən öldü
-
Qobu-Lökbatan yolunda faciəvi şəkildə ölən futbolçuların (Fotosu)
-
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxunub
XƏBƏR LENTİ
-
Bəzi qadağan olunmuş məlumatları yerləşdirən saytlara giriş məhdudlaşdırılacaq
-
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
-
ABŞ vətəndaşlarına İraqa səfər etməmək barədə xəbərdarlıq etdi
-
İyulun 31-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq
-
Çimərliklərə giriş niyə ödənişlidir?
-
Hansı ixtisası seçməli? - Qarabağ Universiteti abituriyentlərə kömək edəcək
-
Azərbaycanlı məşhurlar həyat yoldaşları ilə - (Fotolar)
-
Yusif Xəlilovun 19 illik restoranı əlindən alınır
-
Xalq artisti həkim səhvinin qurbanı olub - Türkiyədə müalicə alır
-
Magistraturada boş qalan yerlər üzrə yenidən müsabiqə keçiriləcək
-
40 yaşlı Dzekonun "Şalke"dəki taleyi bəlli oldu
-
Ayda 15 min manat qazananlar kimlərdir? - Azərbaycanda ən gəlirli peşələr
-
“Azadlıq prospekti” metrosunda qatarların hərəkəti dayandı - Səbəb - (Video)
-
Litvalı jurnalist Şuşa həbsxanasında yaşanan dəhşətlərdən danışdı - AnewZ reportajı - (Video)
-
Yevlaxda 16 yaşlı qız qida zəhərlənməsindən öldü
-
Daxili dövlət borcu azalıb
-
Prezident İlham Əliyev Mərakeş Kralına məktub ünvanlayıb
-
Dünya çempionatı: Daha beş idmançımız mübarizəyə qoşulur
-
Yeni evlənən bəy toyunda öldürüldü
-
Türkiyədə meşə yanğınları davam edir - Minə yaxın insan təxliyə olundu - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
Qobu-Lökbatan yolunda faciəvi şəkildə ölən futbolçuların (Fotosu)
-
X platforması İranın “Tasnim” agentliyinin hesabını blokladı





