Türkiyədə saxlanılan azərbaycanlı məktəb direktoru ekstradisiya olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Milli.Az xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla, o cümlədən Interpol ilə sıx əməkdaşlığı davam etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





