Salyan sakini itkin düşüb.
Milli.Az xəbər verir ki, Salyan rayon sakini, 1940-cı il təvəllüdlü Nəsirov Rafayət İxtiyar oğlu yanvarın 31-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
İtkin düşən şəxs 165 sm uzunluqda, ağ saçlı və arıq bədən quruluşludur.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 070 560 55 44) məlumat vermələri xahiş olunur.
Milli.Az





