İki gündə itkin kimi axtarılan 10 nəfər tapılıb.
Milli.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 31-də və fevralın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Milli.Az





