Gürcüstanda azərbaycanlı qız yol qəzasında həlak olub.
Milli.Az xəbər verir ki, hadisə dünən Qardabani rayonunda baş verib.
Məlumata görə, ötən gün Qardabani rayonunda 1992-ci il təvəllüdlü M.M. adlı şəxs alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü Aidə Qurbanovanı vurub. Aldığı xəsarətlərdən gənc qız hadisə yerində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü yol qəzasından sonra "isti izlər"lə saxlayıblar.
Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. (sfera.az)
Milli.Az





