10:46
Hadisənin təfərrüatı məlum olub.
Bildirilir ki, avtomobildə olan qadınlar yeni ailə həyatı quran yaxın qohumlarının evində keçirilən məclisə gedirmişlər.
Belə ki, 3 gün öncə Sevda Vəlişovanın qardaşı qızının toyu keçirilib. Dünən isə o, bacısı Gülşən, qardaşı qızı Nuriyə ilə birgə digər qardaşının gəlini Fərmudə Hüseynovanın avtomobili ilə Həsənli kəndindən Masallının digər kəndinə yola düşüblər. Lakin kəndin girişində Fərmudənin idarə etdiyi avtomobil asfalt yoldan çıxaraq aşıb.
Nəticədə yeni ailə həyatı qurmuş gəlinin bibisi S. Vəlişova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər bibisi və əmisi qızı isə ağır xəsarətlər alıb. Sürücü isə nisbətən yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.
09:22
Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynova idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə Masallı rayonunun Həsənli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər- 1975-ci il təvəllüdlü Gülşən İsa qızı İsmayılova, 1985-ci il əvəllüdlü Nuriyə Rasim qızı Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda İsa qızı Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. S.Vəlişova aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az





