Hadisə

Şəmkirdə binada yanğın olub - YENİLƏNİB

10 İyul 2025 22:12
Baxış: 627
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şəmkir rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəzarətə alınıb və qısa müddətdə söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə operativ şəkildə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

-------

22:12

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata əsasən, binada qəfil yanğın başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. Binada yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.