Hadisə

Lənkəranda yanğın: ata və oğlu xəsarət aldı - FOTO

6 Mart 2025 08:09
Baxış: 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda ata və oğulun xəsarət alması ilə nəticələnən yanğın baş verib.

Milli.Az-ın verdiyi məlumata görə yanğın hadisəsi gecə saatlarında Lənkəran rayonunun Girdəni kəndində fərdi yaşayış evlərinin birində baş verib.

Yanğın 1961-ci il təvəllüdlü kənd sakini Zakir Murtuza oğlu Əliyevə məxsus birmərtəbəli yaşayış evinin zirvəsində qeydə alınıb.

Yanğın zamanı ev sahibi Zakir Əliyev və oğlu, Murad Əliyev xəsarət alıb. Xəsarət alan 64 yaşlı Z. Əliyevin vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən alovun evə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.