Türkiyə mətbuatı dünən dəhşətli qəzaya düşən sərnişin təyyarəsi ilə bağlı şok iddia ilə çıxış edib.
Mili.Az xəbər verir ki, Qazaxıstanda qəzaya düşən təyyarənin 3 gün əvvəl Trabzon səfərində istifadə edildiyi və birinci cəhddən enişin uğursuz olduğu bildirilib.
Qazaxıstanda qəzaya düşən Azərbaycan Hava Yollarına məxsus təyyarənin 3 gün əvvəl Trabzon Hava Limanına enişi zamanı pisti ötüb keçdiyi və pilotun ikinci cəhddə uğurla eniş etdiyi məlum olub.
4K-AZ65 dövlət qeydiyyat nişanlı Embraer E190AR tipli təyyarə Qroznıdakı duman səbəbindən marşrutunu dəyişdikdən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi təyyarədə 62 sərnişin və 5 ekipaj üzvünün olduğunu, 32 nəfərin sağ xilas edildiyini bildirib.
Qəzaya uğrayan təyyarənin 22 dekabrda Bakı-Trabzon reysi üçün ayrıldığı və radar qeydlərinə əsasən, Trabzon Hava Limanına enişi zamanı pisti ötüb keçdiyi müəyyən olunub. Pilotun ikinci cəhddə təyyarəni endirə bildiyi qeyd edilib.
İslam
Milli.Az