Hadisə

Bakıda dəhşətli QƏZA - Maşın dərəyə yuvarlandı - FOTO

25 Sentyabr 2024 11:47
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki,  bu barədə məlumatı Baku.ws yayıb.

Bildirilib ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

Oxu.Az-a açıqlamasında isə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində Qaradağ rayon sakini Namiq Nizami oğlu Bayramovun idarə etdiyi KIA markalı, 77-XB-760 dövlət qeydiyyat nişanlı avtomobil üzü paytaxt istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü və dörd nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır",- deyə M.Ağayev qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.