Hadisə

Azərbaycanda baş verən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

24 Sentyabr 2024 12:17
Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qəza zamanı iki avtomobil toqquşub.

Hadisə ilə bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.

"Ötən gün saat 22 radələrində Quba şəhərində Heydər Əliyev prospektində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Cabbarovun idarə etdiyi "Mercedes" markalı 90-KV- 446 dövlət qeydiyyat nişanlı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib, Kənan Cabbarov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev bildirib.

Hadisənin anbaan görüntülərini təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.