Hadisə

Xınalıq yolunda körpü uçdu - FOTO

3 Sentyabr 2024 10:38
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonundan Xınalıq kəndinə gedən yolda yerləşən körpü uçub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, körpü intensiv yağıntılardan sonra yaranmış güclü sel suları nəticəsində dağılıb. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, hadisə bir müddət əvvəl baş verib və hazırda bununla bağlı layihə hazırlanıb: "Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq.

Hazırda vətəndaşların istifadə etməsi üçün alternativ olaraq yolumuz var. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilirlər. Qısa müddətdə yeni körpünün də tikintisinə başlanılacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.