Hadisə

Əyləci xarab olan maşın dəhşət yaşatdı - VİDEO

21 Avqust 2024 11:49
Baxış: 2 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günlərdə Bakının qəsəbələrindən birində qeyri-adi yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Belə ki, park edilmiş yük maşınının əyləc sistemindəki nasazlıq səbəbindən nəqliyyat vasitəsi arxaya doğru hərəkət etməyə başlayıb. Bu zaman arxada dayanmış minik avtomobilinin sürücüsü yük maşınının gəldiyini görərək maşını tərk edib və geriyə doğru qaçıb. Nəticədə yük maşını onun avtomobilinə çırpılıb, sürücü isə ayağının büdrəməsi ilə yola yıxılıb. Nəticədə geriyə doğru hərəkət edən və sürücüsüz olduğu bildirilən yük maşını onun üstündən keçib.

Minik avtomobilinin sürücüsünün taleyi barədə dəqiq məlumat yoxdur.

Hadisənin görüntülərini təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.