“Məhəmməd avqustun 10-u Azərbaycana qayıdacaqdı...” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, iyulun 30-u yerli vaxtla saat 22 radələrində İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bro adlanan hissəsində yaşadığı evdən 400 metr aralıda Azərbaycan vətəndaşı Məhəmməd Xankişiyev güllələnərək qətlə yetirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İsveçin expressen.se saytı hadisə ilə bağlı Məhəmmədin Şirvan şəhərində yaşayan ailəsi ilə əlaqə saxlayıb.
Mərhumun atası Rafael Xankişiyev sayta açıqlamasında oğlunun 2011-ci ildən İsveçdə yaşadığını bildirib. O, oğlunun avqustun 10-u Azərbaycana qayıtmağı planlaşdırdığını deyib:
"Oğlumun cinayətkarlarla heç bir əlaqəsi yox idi. Məhəmməd həmişə şən və pozitiv olub. Onun qızıl ürəyi var idi. Qətldən bir gün əvvəl Məhəmmədlə vatsapda iki saata yaxın söhbət etmişik. Onun avqustun 10-da məzuniyyətə çıxaraq Azərbaycana gələcəyini səbirsizliklə gözləyirdik. Bizə daim pul göndərirdi, gələndə nə hədiyyə istədiyimizi soruşmuşdu".
Ailəsindən bildirilib ki, Məhəmməd İsveçə mühafizəçi işinə düzəlmək üçün gedibmiş: "2011-ci ildə mühafizəçilər kursuna müraciət edə bilmək üçün vətəndaşlıq almaq barədə müraciət etməyi düşünərək İsveçə getdi. On ildən çox idi ki, Stokholmun mərkəzindəki məşhur restoranların birində barmen işləyirdi".
O da məlum olub ki, Məhəmmədin əmisi Ələddin Usubov da Stokholmda yaşayır və ailəsinə pis xəbəri o verib: "Övladımızın başına nə gəldiyinə dair qeyri-müəyyənlik bizə əzab verir. İsveç hakimiyyət orqanlarından hadisə barədə çox məlumat ala bilmirik. Nə oldu, niyə vuruldu, necə oldu? Onu kim vurdu?"
Qeyd edək ki, Stokholmun bölgə prokuroru Cenni Östlinq İsveç mətbuatına açıqlamasında istintaqın tamamlanmadığını, lakin hadisənin yanlış atəş səbəbindən baş verə biləcəyini deyib: "Qətlə yetirilən şəxs polisdə ümumiyyətlə tanınmayan şəxsdir. Onun əvvəldən tanınmamasını nəzərə alsaq, bunun səhv bir atəş ola biləcəyi fikri yaranır".
Şəhərin polis idarəsindən isə bildirilib ki, hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





