Hadisə

Ödənişli yolda ağır qəza - 8 yaralı var - VİDEO - FOTO

25 İyul 2024 13:43
Baxış: 3 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub.

Milli.Az APA-ya istinadən bildirir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb.

Öncə "Chery" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən "KİZ" markalı avtomobilə arxadan gələn "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.