Hadisə

İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı

25 İyul 2024 10:24
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.

Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.

Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.

Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Digər tikililər yanğından mühafizə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.