Hadisə

Daha bir “Prius” qəzası - 27 yaşlı gənc öldü - FOTO

17 İyun 2024 10:56
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonundan keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən "Toyota Prius" markalı minik avtomobili beton arakəsməyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Sürücü və 4 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Xəsarət alan sərnişinlərdən 1997-ci il təvəllüdlü İlqar Murad oğlu Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qəzada vəfat edən 27 yaşlı İlqarın fotosunu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.