Hadisə

Balakəndə evə ildırım düşdü - otaqlar dağılıb, divar deşildi - FOTO

14 İyun 2024 20:20
Baxış: 1 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakən rayonunda fərdi evi ildırım vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, qeyri-adi təbiət hadisəsi rayonun Xalatala kəndində baş verib.

Belə ki, ildırım kənd sakini Ruslan Maçanova məxsus evə düşərək onun elektrik sistemini sıradan çıxarıb, 140 kvadratmetrlik evin yataq və vanna otaqlarına ciddi zərər dəyib. İldırım topu divarı dağıdaraq evdən çıxıb və yaxınlıqdakı ağaca dəyib. Nəticədə ev sahibi təxminən 7-10 min manat civarında maddi ziyana düşüb.

Evdə qısamüddətli yanğın baş versə də, ev sahibəsinin çevikliyi nəticəsində yanmağının qarşısı alınıb. Hadisə zamanı ailə üzvləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar evə baxış keçirib, hadisənin necə və hansı şəraitdə baş verdiyi araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.