Hadisə

Bakıda yaşayış binasında yanğın - 27 nəfər təxliyə edildi - FOTO

10 İyun 2024 19:22
Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.

Xəsarət alan yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.