Hadisə

Bakıda ölən körpə anasının qucağından düşübmüş - YENİLƏNİB - VİDEO

26 Aprel 2024 16:32
Baxış: 1 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölən körpə anasının qucağından düşübmüş.

Milli.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb. 

Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

-------

13:49

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə "Ramana sovxozu" adlanan ərazidə qeydə alınıb.

9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.