Hadisə

Toyda dava düşdü: Yaralananlar var

17 Aprel 2024 11:43
Baxış: 1 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə toyda dava düşüb, xəsarət alan var.

Milli.Az APA-ya istinadən bildirir ki, Balakən şəhərində keçirilən toyda 34 yaşlı Azər Yaşar oğlu Abdullayevlə Balakən rayon sakinləri - 25 yaşlı Soltan Cindarov, onun həmyaşıdları Novruz Abdullayev və Elməddin Piriyev arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Nəticədə Azər Piriyevə xəsarət yetirilib. A.Piriyev Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertiza rəyindən və aparılan araşdırmadan sonra müvafiq qərar qəbul ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.