Hadisə

Alça dərən yeniyetmələr həlak oldular: İmişlidə baş verən faciənin TƏFƏRRÜATI

15 Aprel 2024 11:21
Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli şəhərində, 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub.

Milli.Az xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, yeniyetmələrdən heç biri 5 nömrəli məktəb-liseyin şagirdi olmayıb:

"2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlidə yaşayıb. 2014-cü il təvəllüdlü Fərid Vahid oğlu Məmmədov isə qonaq gəlib. O, Qubadlı məktəbinin 7-ci sinif şagirdi olub.

Amid məktəbə yaxın yaşayırmış. Məktəbə bir il gec gedib, bir il də sinifdə qalıb. O, İmişlinin başqa məktəbinin şagirdi olub. Amidlə Fərid qohum deyillər. Görüşüb, məktəbin həyətinə oynamaq üçün gediblər".

Məlumata görə, 1996-cı ildə Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşması üçün məktəbin həyətində onlara yer verilib, uşaqlar da həmin tikilinin üstünə çıxıblar:

"Hazırda məktəb fəaliyyət göstərir. Dərs zamanı həmin əraziyə uşaqların keçməsinə icazə yoxdur. Gözətçilər dayanırlar.

Hazırda araşdırma aparılır. Yaxın zamanda nəticəsi bəlli olar".

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məktəbin həyətində alça dərib yeyən zaman yeniyetmələri elektrik cərəyanı vurub. Dərhal təcili tibbi yardım briqadası çağırılıb, həkimlər hadisə yerində ölüm faktını qeydə alıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.