Hadisə

Ağdamda partlayışda yaralanan ANAMA əməkdaşının vəziyyəti açıqlandı - YENİLƏNİB

6 Aprel 2024 13:07
Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Detonator partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir.

Bu barədə Trend-in Qarabağ bürosuna Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, sağ baldırın yuxarı 3/1 ön səthinin kiçik ölçülü qəlpə yaraları, sağ əlin iç səthinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilən Anar Piriyevə ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabildir. Müalicəsi davam etdirilir.

-------

10:38

Ağdamda detonator partlayışı hadisəsi baş verib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib.

Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyatı təhlükəsi və ciddi xəsarəti yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.