Hadisə

Qubada Türkmənistan vətəndaşı faciəvi şəkildə öldü

23 Mart 2024 15:58
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkmənistan vətəndaşı, rayonun Qonaqkənd qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayan 1963-cü il təvəllüdlü Akummedov Dövrangəldi Həzrətquliyeviç dünən Quba şəhərində dəm qazından boğulub.

Belə ki, 61 yaşlı kişi saat 16 radələrində qızı Şimşad Axmedoyava məxsus Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən evin hamamında çimərkən dəm qazının hamam otağına sızması nəticəsində zəhərlənib. O, hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.