Hadisə

Zaqatalada hamamda kişi meyiti tapıldı

5 Mart 2024 13:00
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada 38 yaşlı kişinin meyiti vanna otağında aşkarlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saat 07 radələrində Zaqatala şəhəri ərazisində baş verib.

1986-cı il təvəllüdlü Rəşad Qurbanovun meyiti yaşadığı ünvanın vanna otağında ailə üzvləri tərəfindən aşkar edilib. R.Qurbanovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.