Hadisə

Azərbaycana daşınan tülkü dəriləri gömrükdə tutuldu - FOTO

15 Fevral 2024 13:29
Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Arktika tülkü dərilərinin sənədlərlə bağlı problemlərə görə Pskov vilayətinə idxalı qadağan edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, yükü olan avtomobil Rusiya-Estoniya sərhədindəki "Şumilkino" avtomobil buraxılış məntəqəsində baxış üçün saxlanılıb. 42 dəri Finlandiyada istehsal edilərək Azərbaycana göndəriləcəkmiş. Lakin onlar təyinatlarına çata bilməyiblər.

Baytarlıq şəhadətnaməsi yoxlanılan zaman məlum olub ki, məhsulun etiketlənməsi haqqında onun baytarlıq müşayiət sənədlərinə uyğunluğunu müəyyən etməyə imkan verən heç bir məlumat yoxdur. Buna görə də, məhsulun Rusiya ərazisinə keçirilməsinə imkan verilməyib və geri qaytarılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.