Hadisə

Zəlzələdən sonra qatarların hərəkəti bərpa edildi - YENİLƏNİB

7 Dekabr 2023 12:03
Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən bildirilib ki, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Qeyd edilib ki, yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

Xatırladaq ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

-------

08:47

7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.