Hadisə

Bərdədə QƏZA: "Mercedes" piyadanı vurub marketə girdi - FOTO

2 Oktyabr 2023 22:00
Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

02-BL-320 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı minik avtomobili yola keçmək istəyən piyadanı vurub.

İdarəetməni itirən sürücü qarşıdan gələn Azər adlı şəxsin idarə etdiyi, 90-BF-321 dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə toqquşub.

Daha sonra sonra nəqliyyat vasitəsi yol kənarındakı marketə girib.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 28 yaşlı Murad Bəhmən oğlu və piyada, 25 yaşlı Hüseynov Nəcməddin Nizaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.