Hadisə

Bölgələrdə qəzalar səngimir - VİDEO

2 Oktyabr 2023 20:00
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

Rayon ərazisində minik avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə maşın elektrik dirəyinə çırpılıb. Qəza zamanı bir nəfər - Şəmkir rayon Seyfəli kənd sakini, 27 yaşlı Orxan Hüseynov  dünyasını dəyişib.  Onun həmkəndlisi, 40 yaşlı Emin  Məmmədov  və  iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəbələdə də minik maşını ilə yük avtomobili toqquşub. Hadisə   rayonun Böyük Pirəli kəndindən  Aydınqışaq kəndinə  keçən ərazisində qeydə alınıb. Seymur Zamanovun idarə etdiyi maşın Əmrah Qasımovun idarə etdiyi yük  avtomobili ilə toqquşub. Nəticədə  minik maşınının sürücüsü xəsarət alıb. Sərnişin, Yevlax rayon sakini Fərman Səfərov aldığı xəsarətlərdən ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.