Hadisə

Abşeronda kişi arvadını qətlə yetirdi - Sonra isə özünü güllələdi

2 Oktyabr 2023 16:46
Baxış: 1 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xırdalanda kişi arvadını qətlə yetirib, daha sönra özünü güllələyib.

DİN-dən verilən xəbərə görə, oktyabrın 2-də saat 14 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq arvadı 1967-ci il təvəllüdlü Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.