Hadisə

Təmir sexində maşın yandı

29 Sentyabr 2023 12:16
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda maşın yanıb.

Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində avtomobil təmiri sexinin ərazisində təmirə dayanan "Hyundai" markalı minik avtomobilinin salon hissəsi, bitişik ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün taxta atmaları 4 m² sahədə və kafenin xarici divarından keçən elektrik kabeli 6 p.m yanıb.

Avtomobilin, kafenin qalan hissəsi və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.