Hadisə

Antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib - FOTO

28 Sentyabr 2023 22:49
Baxış: 2 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağda lokal antiterror tədbirlərində şəhid olan 6 hərbçinin kimliyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən bildirir ki, siyahıda 186 nəfərin adı yer alır. Əvvəlki siyahıda isə 180 hərbçinin adı vardı.

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.