Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "report"a istinadən bildirir ki, "Əhmədli" metro stansiyasının yaxınlığında avtomobil yolu keçən 1996-cı il təvəllüdlü İmanova Qərənfil Əbülfət qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az