Hadisə

Şəmkirdə evləri su basıb - VİDEO - FOTO

4 İyun 2023 11:36
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.