Şamaxıda iki nəfər dəm qazından zəhərlənib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin M. Bayramov küçəsində baş verib.
Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.
Xəstələr Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az