Hadisə

Məşqdə xəsarət alan yeddi yaşlı uşağın ölüm səbəbi məlum oldu - YENİLƏNİB

2 May 2023 15:42
Baxış: 4 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Tibb Mərkəzi məşq zamanı ölən uşaqla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"Bildiririk ki, 2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Daxil olarkən vəziyyəti həddən artıq ağır qiymətləndirilib. Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb.

Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub.

Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib.

Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub".

-------

15:18

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 1994-cü il təvəllüdlü Mehman Xəlilovun keçdiyi məşq zamanı ağır xəsarət alaraq həyatını itirən 2016-cı il təvəllüdlü Fərid Bakarovun ölüm səbəbi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 7 yaşlı uşaq kəllə-beyin travmasından dünyasını dəyişib.

Xatırladaq ki, hadisə zamanı Mehman Xəlilov uşağı öz qucağında piyada evə gətirib. F.Bakarovun anası taksi çağırdıqdan sonra o, Sumqayıt Şəhər Uşaq Xəstəxanasında aparılıb. Amma orada uşağın həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.