Hadisə

Bakıda avtomobil piyadaları vurub, biri ölüb

15 Aprel 2023 09:56
Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən qəza olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə S.Vurğun küçəsi, "Zabitlər Parkı" adlanan ərazinin qarşısında hərəkətdə olan zaman idarəetməni itərərək yolu keçmək istəyən piyadalar - 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə Mehriban Tağıyeva hadisə yerində ölüb, Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.