Hadisə

Azərbaycanda 8 mart günü bir ailənin üç üzvü faciəvi şəkildə öldü

9 Mart 2023 09:10
Baxış: 2 985
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.