Hadisə

19 yaşlı tələbə dəm qazından boğularaq öldü

27 Fevral 2023 18:17
Baxış: 1 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə 19 yaşlı tələbə dəm qazından boğularaq ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində şəhərin Sahil küçəsində yerləşən mənzillərdən birində baş verib. Belə ki, mənzilin vanna otağında 2003-cü il təvəllüdlü Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb. Onun dəm qazından öldüyü ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib. Ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsidir. O, həmin mənzildə kirayədə qalırmış.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.