Hadisə

Gəncədə iki tələbə dəm qazından zəhərlənib

26 Fevral 2023 09:40
Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

2004-cü il təvəllüldü Emin Kovlalıyev və 2003-cü il təvəllüdlü Qalib Tsarev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara ilkin tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların tələbə olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.