Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 16-da saat 04 radələrində paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Qurbanova Gülnarə Şahbaz qızı yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənərək keçinib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az