Hadisə

Ağstafada üç bacı dəm qazından zəhərləndi

5 Yanvar 2023 09:22
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada üç bacı dəm qazından zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.