Hadisə

Xaçmazda 22 yaşlı qadın dəm qazından öldü

31 Dekabr 2022 10:37
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazın Qımıl kəndində 22 yaşlı qadın dəm qazından ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ramilə Ramin qızı Tahirova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin bildirdiyinə görə, R.Tahirovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.