Hadisə

Abşeronda ana və oğlu qəzada öldü

31 Oktyabr 2022 13:48
Baxış: 1 548
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.